Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Balıq, toyuq, yoxsa mal əti? - Hansı daha faydalıdır?

  • 2023.04.27 11:49
  • 2085 Baxış
Balıq, toyuq, yoxsa mal əti? -  Hansı daha faydalıdır?
Mal əti, balıq və toyuq məşhur qida mənbələridir. Lakin onlar müxtəlif sağlamlıq faydaları ilə bir-birindən fərqlənir.

Bakupost.az hər üç ətin fayda və zərərlərini təqdim edir.

Mal əti

– Orqanizmdə toxumaların qurulması və bərpası üçün vacib olan zülalla zəngindir.
– Qırmızı qan hüceyrələrinin istehsalı və oksigenin bütün bədənə daşınması üçün lazım olan dəmirin əsas mənbəyidir.
– B12 vitamini ilə zəngindir. B12 vitamini sinir sistemi, DNT sintezi və qırmızı qan hüceyrələrinin formalaşması üçün vacibdir.
– İmmun funksiyası, yaraların sağalması və DNT sintezi üçün vacib olan sink mənbəyidir.
Bəzi araşdırmalar isə mal ətinin ürək xəstəliyi, xərçəng və digər xəstəliklərinin artmasına səbəb olduğunu göstərir. Bunun səbəbi mal ətində doymuş yağ və xolesterinin yüksək olmasıdır. Bu da qanda xolesterin səviyyəsini artıra, xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.

Toyuq əti

–Zülalla zəngindir.
– Digər ət növləri ilə müqayisədə yağı azdır.
– Tərkibində maddələr mübadiləsi, immun funksiyası və ümumi sağlamlıq üçün vacib olan niasin, B6 vitamini və selenium kimi qida maddələri var.
– Pəhrizdə istifadə etmək arıqlamağa və bədən quruluşunu yaxşılaşdırmağa kömək edə bilər.
Əksər toyuqlar xəstəliklərin qarşısını almaq və tez böyümələri üçün müntəzəm olaraq antibiotiklərin verildiyi fabriklərdə yetişdirilir. Bu antibiotiklərin çox istifadəsi bakteriyaların inkişafına kömək edir. Çiy və ya az bişmiş toyuq əti salmonella və kampilobakteriya kimi zərərli bakteriyaların əmələ gəlməsinə səbəb olur. Bu da yoluxucu xəstəliklərin əmələ yaranmasına gətirib çıxarır.

Balıq əti

–Beyin funksiyası, ürək sağlamlığı və bədəndəki iltihablanmanı azaltmaq üçün vacib sayılan Omega3 ilə zəngindir.
–Bir çox balıqda doymuş yağ və xolesterin səviyyəsi aşağıdır. Bu da onu mal ətindən daha faydalı bir alternativ edir.
– Sümüyün sağlamlığı və immunitet sistemi üçün önəmli olan D vitamininin mənbəyidir.
– Selenium, yod və sink kimi minerallarla da zəngindir.
Mütəmadi olaraq balıq yemək ürək xəstəliyi, infarkt və digər xroniki xəstəliklərin riskinin azalmasında rol oynayır. Mütəxəssislər, qızılbalıq, skumbriya və sardine kimi balıqlardan ən azı həftədə iki dəfə yeyilməli olduğunu bildirib.