Qırmızı və qara kürü ürək, damarlar, ümmunitet, beyin üçün faydalıdır.
Medicina.az xəbər verir ki, bu barədə həkim dietoloq Yekaterina Muravskaya bildirib.
O qeyd edib ki, kürüdə çox sayda mikroelementlər – kaliy, fosfor, xlor, marqans, kalsiy, yod, dəmirlə zəngindir.
Eləcə də fol turşusu, lesitin, Omeqa 3-6 mənbəyidir. Bunlar isə immunitetin açarı hesab edilir.
Kürü damar daralmasının qarşısını alır, sümükləri möhkəmləndirir, beyni cavan saxlayır, təzyiqi normallaşdırır.
“Ürək xəstəlikləri, raxit, impotensiyanın profilaktikasında effektivdir. Kürü yedikdə sinir sistemi və beyin fəaliyyəti
yaxşılaşır.
Lakin onu gün ərzində çox yemək olmaz. Sutkalıq doza təbii kürü üçün 1-2 çay qaşığıdır.
Kürüdə duz və xolesterin çoxdur. Süni kürülər yeməyin.