Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Balın müalicəvi xüsusiyyətləri

  • 2024.04.08 13:25
  • 1017 Baxış
Balın müalicəvi xüsusiyyətləri
Bal tərkibindəki müxtəlif antioksidanlar sayəsində meyvə və tərəvəz qədər faydalıdır. Antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə ziyanını azaldaraq xərçəng kimi xəstəliklərə qarşı qoruma təmin edir.

Bundan əlavə, sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısının alınması qocalma prosesini yavaşlada və xroniki xəstəliklərin inkişafının qarşısını ala bilər. Balın tərkibindəki antioksidantlar bədəni bu mənfi təsirlərdən qoruya, ümumi sağlamlığı dəstəkləyə bilər.

Medicina.az xəbər verir ki, 2018-ci ildə aparılan bir araşdırma balın yaraların sağalmasını sürətləndirdiyini və mikrobların öldürülməsində təsirli olduğunu göstərib.

Ancaq baldan istifadə edərkən diqqət edilməli olan ən vacib məqam onun təbii bal olmasıdır. Saxta və steril olmayan balın tərkibində bakteriya və ya digər zərərli maddələr ola bilər ki, bu da xeyirdən çox zərər verə bilər. Ona görə də balın keyfiyyətinə və standartlara uyğun olmasına diqqət yetirilməlidir.

Balın müalicəvi xüsusiyyətlərini belə sıralaya bilərik:

- Həzmi yaxşılaşdırır. Bal ishal kimi həzm sistemi xəstəlikləri üçün müalicəvi qida kimi tanınır. Balın tərkibindəki prebiotiklər bağırsaqdakı faydalı bakteriyaları qidalandıraraq həzm sistemini tarazlaşdırmağa kömək edir. Bu xüsusiyyətləri ilə bal həzm sağlamlığını dəstəkləyən və həzm sistemi pozğunluqlarının müalicəsinə kömək edən mühüm qida maddəsidir.

Ancaq həzm problemi olan şəxslər bal istehlak edərkən miqdarına nəzarət etməli və həkimləri ilə məsləhətləşməlidirlər.

- Bundan əlavə, tədqiqatlar bal istehlakının xoraların müalicəsində də təsirli ola biləcəyini göstərir.

- Bal beyin üçün də faydalıdır. Balın beyindəki yaddaşla əlaqəli olan hipokampusda iltihab problemlərinin qarşısını ala biləcəyi sübut edilib. Beyin sağlamlığı ilə yanaşı bədənin digər hissələrinə də antioksidant və antiinflamatuar təsir göstərir.

Bütün bunlar göstərir ki, bal bədən sağlamlığında ümumi köməkçi rol oynaya bilər.


Aysel