Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Balakən xəstəxanasında KT quraşdırıldı

  • 2023.12.26 15:07
  • 792 Baxış
Balakən xəstəxanasında KT quraşdırıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) aparatı yenilənib.

"Medicina" xəbər verir ki, yeni KT nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur.

Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir.