Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bala pul bibəri əlavə edib yeyin - Faydaları

  • 2025.02.21 13:07
  • 352 Baxış
Bala pul bibəri əlavə edib yeyin -  Faydaları

Bal və pul bibərini qarışdıraraq yemək immunitet sistemini gücləndirmək, həzm sağlamlığını dəstəkləmək və soyuqdəymə kimi xəstəliklərin qarşısını almaq üçün edilir.


Medicina.az xəbər verir ki, “dünyanın ən sağlam fermenti” hesab edilən və arıların çiçəklərdən istehsal etdikləri bal qış günlərində xüsusilə qiymətlidir.

Bala bəzi əlavələr etməklə onun faydalarını daha da artırmaq olar.

Xüsusilə qırmızı bibər bu baxımdan inanılmazdır...



PUL BİBƏR İLƏ BALIN FAYDALARI

Pul bibərində olan kapsaisin maddələr mübadiləsini sürətləndirərək bədəni isitməyə kömək edir və eyni zamanda ağrı kəsici xüsusiyyətlərə malikdir.

Bal antioksidan xüsusiyyətləri ilə tanınır, boğazı sakitləşdirir və immunitet sistemini gücləndirir.

Bu qarışıq soyuqdəymə, boğaz ağrısı və mədə problemləri kimi vəziyyətlərdə təbii dəstək kimi istifadə edilə bilər.

Bir çay qaşığı balın içinə bir neçə çili bibəri əlavə edib qarışdıraraq yeyə bilərsiniz.

Aygün
Medicina.az