Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bal psixikaya və beyinə necə təsir edir?

  • 2023.05.10 15:46
  • 3668 Baxış
Bal psixikaya və beyinə necə təsir edir?
Bal adətən soyuqdəymə vasitəsi kimi el içində qəbul edilir. Mütəxəssislər isə onun beyn fəaliyyətində müsbət rol oynadığını söyləyirlər. Bal beyin və psixikanın yaxşılaşmasına səbəb olur.

“Medicina” xəbər verir ki, balın bu təsiri idrak qabiliyyətinin yaxşılaşmasına, həmçinin psixi sağlamlığın sabitləşməsinə təsir göstərir.

Alimlər müəyyən edib ki, pəhrizə az miqdarda balın müntəzəm daxil edilməsi yaddaşı gücləndirməyə və təşvişi azaltmağa kömək edir.

Yeni Zelandiyalı tədqiqatçılar balın insan beyni və sinir sisteminin fəaliyyətinə müsbət təsirini sübut edib. Hələ iki min il əvvəl yunan idmançıları mühüm yarışlardan əvvəl bal yeyirdilər.

Araşdırmanın müəlliflərinin fikrincə, bal və ona aid olan məhsullar (propolis, arı südü, çiçək tozcuqları) beyin funksiyalarını yaxşılaşdıran və psixikanı gücləndirən, heç bir başqa məhsulda təkrarlanmayan unikal kombinasiyadır.
Hər gün yatmazdan əvvəl bir çay qaşığı təbii bal yemək beynin fəaliyyətini aktivləşdirir. Yatmazdan əvvəl yeyilən bal yuxu zamanı beynin yanacağı kimi istifadə edilir.

Aygün Musayeva