Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Baku Medical Plaza”dan İTTİHAMLARA CAVAB

  • 2018.03.30 15:22
  • 20142 Baxış
“Baku Medical Plaza”dan  İTTİHAMLARA CAVAB
"Baku Medical Plaza” Ruhanə Qurbanova adlı pasiyentlərinin şikayət və ittihamlarına cavab verib.


Klinikadan Medicina.az-a verilən məlumatda bildirilir ki, pasiyentin klinikada müalicə aldığı zaman tibbi personalın yanlış müdaxilələri nətixəsində özünün və yeni doğulan övladının sağlamlıqlarına ziyan vurulduğuna dair tibbi müəssisəyə qarşı irəli sürdüyü tələbi ətraflı araşdırılıb: 


"Araşdırmada müəyyən edilib ki, doğuş zamanı pasiyentə spinal anesteziyası onurğanın L3-L4 səviyyəsində bilavasitə həkim tərəfindən icra olunub.

 

Spondilodiskit (onurğa absesi) diaqnozu isə Th-11 Th-12 səviyyəsində qoyulub. Həmçinin 11.01.2017-ci il tarixli MRT müayinəsi ilə bədənin Th-11 Th-12 səviyyəsində yalnız maye yığıldığı, yəni irin olmadığı müəyyən edilib, uzun müddət sonra 27.01.2018-ci il tarixdə aparılmış MRT müayinəsi isə həmin səviyyədə iltihab olduğunu göstərib. Qeyd olunan bu hallar xanımın səhhətindəki problemin doğuş zamanı həkimin icra etdiyi spinal anesteziya ilə əlaqəsinin olmadığını göstərir. 


Bundan başqa, pasiyentin allergik amafilaktoid reaksiya (allergiya) keçirmənin səbəbi həkimlərimiz tərəfindən yazılmış müalicələrin icrası deyil, evdə aparılmış təmir – boya işləri olub. İlkin müalicə nəticəsində allergiya sönmədiyi üçün bətndəki uşağın zərər görməsinin qarşısının alınması məqsədilə həkim konsiliumu keysəriyyə əməliyyatının keçirilməsi məsləhət bilinib və pasiyentin razılığı ilə icra olunub.


Uşağın tibb tarixçəsində, o cümlədən çıxış kartında aparılmış qeydlərdən görünür ki, uşaq klinikadan çıxarılarkənananın iştirakıyla o, tam vizual olaraq yoxlanılıb, heç bir zədə və nöqsan aşkar edilməyib. 


Araşdırmanın nəticəsinə əsasən, Ruhanə Qurbanovanın pretenziyasının əsasının olmadığı qənaətinə gəlinib”.


Klinika pasiyentin onun müraciətlərinə əhəmiyyət verilməməsi ilə bağlı iddialarına da cavab verib. Bildirilib ki, araşdırma bitdikdən sonra nəticələrlə bağlı pasiyentin özünə cavab məktubu göndərilib: "Ruhanə Qurbanovanın pretenziyası 2018-ci ilin mart ayının 10-da klinikamıza daxil olub, pretenziya ciddi araşdırıldıqdan sonra onun ünvanına 10 mart 2018-ci il tarixli cavab məktubu göndərilib. Görünür, ya cavabımız onu qane etmədiyi, ya da cavabın alınmasını gözləmədən bizi şantaj etmək məqsədi güddüyü üçün mətbuata müraciət edib. Halbuki mübahisənin həll edilməsinin qanuni və doğru ünvanı mətbuat deyil, məhkəmədir". Klinikadan saytımıza göndərilən cavab məktubunu da təqdim edirik:

“Baku Medical Plaza”dan  İTTİHAMLARA CAVAB