Bakıda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə vəfat edib.
"Medicina" xəbər verir ki, noyabrın 12-də səhər saatlarında “Baku Medical Plaza” xəstəxanasında1994-cü il təvəllüdlü Mehriban İsayeva hamiləliyin sonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Lakin körpə 1 sutka sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.