Bakıda özəl klinikada çalışan həkim qarət edilib.
Medicina.az xəbər verir ki, “Baku Medical Plaza” xəstəxanasının həkimi Ülkər Hüseynovanın iş otağındakı çantasından 2 000 manat oğurlanıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.