Bakteriyaların "həyasızlaşması”, rezisdentliyi getdikcə artıdığından tibb yeni problemlərlə üz-üzə qalacaq.
Son araşdırmalar göstərib ki, artıq bakteriayalar xəstəxanalarda tibbi personalın istifadə etdiyi antiseptik maddələrə qarşı da dözümlüdür.
Son 20 ildə mikroorqanizmlər 10 dəfə spirtə qarşı rezidentliyini artırıb.
Hazırda xəstəxanalarda istifadə olunan dezinfesksiya maddələri çoxdandır eyni tərkibdə olduğundan köhnəlib və bakteriyalara qarşı effektsizdir.
Əvvəllər hesab olunurdu ki, xüsusi mayelər təhlükəli mikrobların- enterokok və qızılı stafilokokun yayılmasının qarşısını ala bilər.
Amma indi superbakteriyalar statusunu almış mikroorqanizmlər antimikrob preparatlara və antiseptic maddələrə qarşı dözümlülük qazanıblar.
Antimikrob rezisdentliyi hazırda tibbdə qlobal problemdir. Yeni antiseptic məhlulların hazırlanması isə ləng gedir və çox pul lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox dayanıqlıq göstərən bakteriyalar bunlardır:
-Qızılı stafilokok
-Enterokok
-Bağırsaq çöpləri
-Klebsiella pnevmoniya
-İrinli iltihab çöpləri
Bu mikroorqanizmlər antibiotiklərə qarşı dayanıqlılıq göstərir. 2010-cu ildən sonrakı bakteriya ştamlları spirtə qarşı daha çox dözümlülük göstərib. Müasir yeni entecoccus ştammları isə hətta 70% li izopropil spirtinə qarşı davamlıdır.
Alimlər həyəcan təbili çalaraq, təcili olaraq yeni spirt tərkibi və antiseptic maddələr yaradılmasını və xəstəxanaların təmin olunmasını zəruri sayır. Xüsusən Enterococcus çox təhlükəli infeksiyadır, ona yoluxmuş pasiyentlərin yarısı ölür.