Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakirəliyi hansı yaşda itirmək daha yaxşıdır?- Ən düzgün vaxt

  • 2019.01.17 18:14
  • 19348 Baxış
Bakirəliyi hansı yaşda itirmək daha yaxşıdır?-  Ən düzgün vaxt

Britaniyada seksual davranış mövzusunda aparılmış sorğulara görə, bakirəliyini itirmiş gənclər ən çox cinsi əlaqəyə vaxtından xeyli əvvəl girdiklərindən heyfslənirlər.


Medicina.az  bbc.com-a istinadən bildirir ki, 20 yaşlarında olan qadınların üçdə birindən çoxu və kişilərin təxminən dörddə biri etiraf ediblər ki, onların ilk dəfə cinsi əlaqəyə girməsi "uyğun vaxta" təsadüf etməyib.


Britaniyada cinsi əlaqəyə girməyə qanunla 16 yaşından başlayaraq icazə verilir.


Seksual davranış və həyat tərzi mövzusunda Britaniyada keçirilmiş son sorğunun (Natsal) nəticələrinə əsasən, bir çox gənclər bu yaşda cinsi əlaqəyə girməyə hazır olmaya bilərlər.


Təxminən hər on ildən bir keçirilən Natsal sorğusu Britaniyada seksual davranışın təfsilatlı mənzərəsini təmin edir.


2010-2012-ci illərdə keçirilmiş sonuncu sorğuda təxminən 3000-dək gənc iştirak edib və onların verdiyi cavabları London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları təhlil ediblər.



Nəticələr


Gənc respondentlərin verdiyi cavablar göstərib ki, gənc qadınların təxminən 40 faizi və gənc kişilərin 26 faizi ilk seksual təcrübələrinin "düzgün vaxta" təsadüf etdiyini düşünmürlər.


Respondentlərin əksəriyyəti deyib ki, bakirəliyi daha yuxarı yaşda itirmək istəyərdi.


Soruşulanların azsaylı hissəsi isə bunun daha erkən yaşda baş verməsini istəyib.


Respondentlərin əksəriyyəti 18 yaşı tamam olanadək artıq cinsi əlaqəyə girib, onların yarısı bunu 17 yaşına çatanadək edib.


Sorğuda iştirak edənlərin təxminən üçdə biri 16 yaşı tamamam olmamış cinsi əlaqədə olub.


Bərabər istək


Sorğu zamanı cinsi əlaqəyə girənlərin buna hazırlığı da nəzərdən keçirilib - ilk dəfə cinsi əlaqəyə girən şəxsin buna nə qədər hazır olması, buna dair düşünülmüş qərar qəbul etmək qabiliyyəti təhlil edilib. Misal üçün, bu zaman onların içkili olub-olmadıqları, cinsi əlaqənin razılıq əsasında baş verib-verilmədiyi, razılığın təzyiq altında verilib-verilmədiyi nəzərə alınıb.


Sorğuda iştirak edən gənc qadınların təxminəm yarısında və gənc kişilərin təxminən 40 faizində bu meyarlar gözlənilməyib.


Gənc qadınların təxminən 20 faizi və gənc kişilərin təxminən 10 faizi bildiriblər ki, onların cinsi əlaqəyə girmək istəyi partnyorları ilə eyni dərəcədə olmayıb.


Bu isə güman etməyə əsas verir ki, bu hallardan bəzilərində cinsi əlaqə təzyiq altında baş verib.


Natsal sorğularının təsisçisi professor Kaye Wellings deyib ki, yaş meyarı şəxsin seksual əlaqəyə girməyə hazırlığının göstəricisi kimi yozulmamalıdır: "Gəncdən-gəncə fərq var - bəzi 15 yaşlılar buna hazır ola bilər, bəzi 18 yaşlılar isə - yox".


"Apardığımız təhlil göstərib ki, gənc qadınlara gənc kişilərlə müqayisədə cinsi əlaqəyə girmək üçün partnyorları tərəfindən daha çox təzyiq göstərilir, - tədqiqatçılar qrupunun üzvü doktor Melissa Palmer qeyd edib. - Gənclər seksual münasibətlərdə daha fəal olublar və baxmayaraq ki, respondentlərin təxminən 90 faizi ilk cinsi əlaqə zamanı kontraseptiv vasitələrdən istifadə edib, onların sağlamlağının təmin edilməsi üçün səylər davam etdirilməlidir".



"Düzgün vaxt" nə vaxtdır


Əgər sizə elə gəlir ki cinsi əlaqəyə girmək imkanınız var, özünüzə bu sualları verin:



  • Hisslərim həqiqidirmi?

  • Partnyorumu sevirəmmi?

  • O da məni eyni dərəcədə sevirmi?

  • Cinsi xəstəliklərə və İİV-ə yoluxmamaq üçün qoruyucu vasitələrdən istifadə ediləcəkmi?

  • Hamiləliyə yol verməmək üçün qoruyucu vasitələrdən istifadə ediləcəkmi?

  • Cinsi əlaqənin istənilən anında "Yox" deyə biləcəyəmmi və hər iki tərəf üçün bu, qəbul edilən olacaqmı?



Əgər bütün bu suallara cavabınız müsbətdirsə, onda vaxt seçimi düzgün ola bilər. Lakin aşağıdakı suallardan da hər hansına cavabınız müsbətdirsə, onda ola bilsin ki, uyğun vaxtı seçməmisiniz:


---Partnyorum və ya dostlarım tərəfindən təzyiq hiss edirəmmi?

---Sonradan buna görə heyfslənəcəyəmmi?

---Cinsi əlaqəyə girmək barədə düşünməyimin səbəbi dostlarımı təsirləndirmək və ya onlardan geri qalmamaqla bağlı deyilmi?

---Cinsi əlaqəyə girmək barədə düşünməyimin səbəbi partnyorumu özümə bağlamaqla əlaqəli deyilmi?