Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakını qara maskalı qızlar bürüyüb - Nə özəlliyi var?

  • 2018.11.29 16:49
  • 33820 Baxış
Bakını qara maskalı qızlar bürüyüb -  Nə özəlliyi var?
Havaların soyuq keçməsi və kəskin virus respirator xəstəliklərin yayılması ilə əlaqədar insanların birdəfəlik tibbi maska taxması da aktuallaşır. Şəhərdə, nəqliyyatda çəkinmədən ağzında tibbi maska gəzdirən gənclərə daha sıx rast gəlmək olar.


Adətən tibbi maskanı 3 məqsədlə taxırlar:


Qrip epidamiyası dövründə, soyuq aylarda ictimai nəqliyyatda və insan çox olan yerlərdə viruslardan qorunmaq;


İnsan özü xəstələnibsə, digərlərini qorumaq və eləcə də xəstəliyin daha da ağırlaşmasının qarşısını almaq;


Hər hansı əməliyyatdan sonra ağız, burun hissəni örtmək, qorumaq;


Eləcə də onkoloji və leykoz xəstələri hər hansı mikroba tutulmamaq və sterilliyi qorumaq məqsədilə bu maskalardan istifadə edir.


Maskaların təsir müddəti cəmi bir neçə saatdır.


Son günlər isə şəhərdə əvvəl adət etdiyimiz ağ tibbi maska əvəzinə qara rəngdə maska taxan gənclərə rast gəlirik və sanki qara maska taxmaq trend halını alıb.

 



 

Qara maska ilə ağ maskanın fərqi nədir və hər hansı özəlliyi varmı?


Medicina.az-ın əməkdaşı qara maskanın özəlliyini öyrənmək üçün apteklərlə əlaqə saxlayıb. Saytımıza verilən məlumata görə, əslində qara rəngdə tibbi maskanın ağdan heç bir fərqi yoxdur. Hər ikisi 10 qəpikdir, materialı eynidir, heç bir üstün cəhəti ilə seçilmir. İnsanların qara maska seçməsinin əsas səbəbi geyimləri ilə uyğunluq təşkil etmək istəyidir. Belə ki, ağ rəng qış aylarında daha çox gözə çarpır. İnsanlar isə qışda geyimləri adətən tünd və qara rənglərdə seçirlər. Buna görə də qara maska anidən trendə çevrilib.


Hər iki maska sintetik materildan hazırlanır, bakterial effektivliyi 90% olur. Tibbi maskanı ən geci 3 saatdan bir dəyişmək lazımdır.


Qara rəng maskalarla bağlı müxtəlif fikirlər səsləndirilir. İnsanlar qara maskanın gənclər tərəfindən fərqli görünmək üçün istifadə edildiyini düşünür.  Gənclər isə ağ rəng maskada özlərini narahat hiss etdiklərini bildirirlər.

 

Aygün

Medicina.az

 

Похожее изображение

Картинки по запросу девушки с черными масками


Bakını qara maskalı qızlar bürüyüb -  Nə özəlliyi var?
Bakını qara maskalı qızlar bürüyüb -  Nə özəlliyi var?