Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda koronaviruslu xəstələrin reanimasiya görüntüləri- "Elə bildim keçəcək" - VİDEO

  • 2020.05.02 13:42
  • 5843 Baxış
Bakıda koronaviruslu xəstələrin reanimasiya görüntüləri - "Elə bildim keçəcək" - VİDEO

Bakıda koronavirusa yoluxmuş vəziyyəti ağır olan xəstələrin müalicə olunduğu tibb müəssisəsindən daha bir reportaj hazırlanıb.

Medicina.az xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsində 5 xəstə var. Çəkiliş zamanı 61 yaşlı xəstənin vəziyyəti ağırlaşdığı üçün o da reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi bildirib ki, insanlar belə ağır vəziyyətə düşməmək üçün sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər:

"Təəssüf ki, bəzi insanlar belə bir xəstəliyin olduğuna inanmırlar. Evdə oturmaq çətin deyil, amma burada reanimasiyada olmaq, xəstə olmaq, boğulmaq çox çətindir".

Xəstələrdən biri, Gəncə sakini Mirhüseyn Məmmədov koronavirusa yoluxduqdan sonra ilkin əlamətləri necə hiss etdiyini deyib: "İki gün yeriyəndə halsız olurdum. Sonra temperaturum 37,2-37,3 dərəcə olub. Fikirləşdim yəqin keçib gedər".

Medicina.az İctimai tv-nin hazırladığı həmin reportajı təqdim edir: