Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıdakı silahlı insidentlə bağlı Nazirlikdən AÇIQLAMA

  • 2019.12.23 10:26
  • 1812 Baxış
Bakıdakı silahlı insidentlə bağlı    Nazirlikdən AÇIQLAMA
Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Medicina.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.