Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, sentyabrın 19-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.