Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıdakı müəllimlərin 90 faizi vaksin vurdurub

  • 2021.12.23 11:14
  • 1597 Baxış
Bakıdakı müəllimlərin   90 faizi vaksin vurdurub
Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.

Bakı Şəhəri Təhsil İdarəsindən Medicina.az -a verilən məlumata görə, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.