Ötən gün ölkədə karantin elan edilməsinə baxmayaraq "Fairmont Baku" otelinin hovuzunda dincələrkən fotoları yayılan tanınmış simalardan biri də "Baku TV"nin aparıcısı, aktrisa və yazar Mələk Heydərova olub.
"BakuPost"un məlumatına görə, aparıcının istirahətindən görüntüləri özü paylaşıb. Efirdən insanları karantin qaydalarına riayət etməyə çağıran şəxsin bu addımı sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Sərt tənqidlərlə üzləşən aparıcı məlum hadisədən sonra fotolarını silib.
M.Heydərova bu gecə açıqlama yayaraq tanınmış sima olduğunu, bunun üçün də gündəmdə olduğunu bildirib. O, hazırda məzuniyyətdə olduğunu deyib. "Belə bir həssas vaxtda o şəkilləri paylaşdığım, istirahətə yollandığım üçün hamıdan üzr istəyirəm. Düşünürəm ki, bu səhv bir də təkrarlanmaz. Düşünürəm ki, virus həyatımıza çıxıb gedənə qədər sağlamlığımızı qorumalıyıq.
Bu mübarizədə hər birimiz bir birimizə dəstək olmalıyıq. Mən bir daha üzr istəyirtəm və bir də belə hal yaşanmayacaq".