Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycandakı koronaviruslu xəstə xüsusi boksda saxlanılır -

  • 2020.02.28 18:04
  • 3738 Baxış
Azərbaycandakı  koronaviruslu xəstə xüsusi boksda saxlanılır -

Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusla bağlı brifinq keçirir.

Medicina.az xəbər verir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu gün rəsmi olarq Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

İlkin araşdırma məntəqələrində yüksək hərarət müəyyən olunub. Xəstə xüsusi boks vəziyyətində saxlanılır. Vəziyyəti stabildir.

Y.Qarayevanın sözlərinə görə, xəstənin analiz nəticələri bir neçə saat əvvəl müəyyən olunub. Xəstəyə kontaktda olan hər kəs karantin altına alınıb. Sərhədi keçdiyi andan istiliyi olduğu üçün izalyasiya olunub.

Hazırda işçi qrupu araşdırma işi aparır.