Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıdakı bu xəstəxanalar insult üzrə sertifikasiyadan keçiriləcək

  • 2024.12.25 15:58
  • 203 Baxış
Bakıdakı bu xəstəxanalar  insult üzrə sertifikasiyadan keçiriləcək

İnsult keçirmiş şəxslərə sürətli, effektiv və yüksək keyfiyyətli tibbi müdaxilə edilməsi, beyin qan dövranının kəskin pozulması zamanı düzgün strategiyanın seçilməsi, habelə adıçəkilən diaqnozla müraciət edən pasiyentlərin monitorinqinin düzgün aparılması bu kateqoriyadan olan pasiyentlərin sağlamlığında xüsusi əhəmiyyət daşıyır.

"Medicina" xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq əmri ilə ölkədə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyası həyata keçiriləcək. Artıq bu istiqamətində hazırlıq işlərinin görülməsi, tibb müəssisələrinin fəaliyyətinin və təşkilati strukturunun qiymətləndirilməsi, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işlərinə başlanılıb.


İlkin mərhələdə Yeni Klinika ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu sertifikasiya Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir.

Məlumat üçün bildirək ki, dünya statistikasına əsasən, insult hər il 15 milyondan çox insanın ölmünə səbəb olur.

Hər üç saniyədə bir nəfərin insult keçirməsi ilə bu xəstəlikdən ölüm faizi ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə qərarlaşır. İnsult, həmçinin əlillik ilə nəticələnən xəstəliklər arasında da ilk sıralardadır.

Gələcəkdə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi prosesinin genişləndirilməsi və bu istiqamətdə sertifikasiyaya cəlb olunan tibb müəssisələrinin siyahısının artırılması planlaşdırılır

MEDİCİNA.AZ