Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıdakı avtobus qəzası ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

  • 2019.12.14 11:01
  • 3162 Baxış
Bakıdakı avtobus qəzası ilə bağlı Səhiyyə Nazirliyindən    AÇIQLAMA
Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.

Səhiyyə Nazirliyindən Medicina.az-a verilən xəbərə görə, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.