Bakıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Respublika Klinik Xəstəxanasında qeydə alınıb.
Bir ay əvvəl xəstəxanaya doğuşla bağlı müraciət edən, 35 yaşlı Günay Qasımovanın üzərində qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra evə buraxılan ananın bir ay sonra vəziyyəti pisləşib. Yenidən əməliyyat olunduğu xəstəxanaya yerləşdirilən ananın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.