Bakıdakı məşhur özəl klinikalardan birinə körpədə yüksək qızdırma səbəbilə müraciət edən valideynlər klinikadakı qeyri-peşəkarlıqdan gileylənib.
Medicina.az xəbər verir ki, klinikada uzman pediatr kimi tanınan həkimin qəbuluna düşən 4 aylıq körpəyə hərarətin səbəbini tapmaq üçün qan analizi təyin olunur.
Körpəni laboratoriyaya qanalmağa götürən ananı laboratoriyanın qapısı ağzında qoyaraq, buraxmayıb, usagı isə içəri aparıblar.
20-25 dəqiqə körpənin çığırtı və dayanmadan ağlamaq səslərini eşidən ana dözməyərək işçilərdən birini çağıraraq "uşağa nə edirsiz ki, belə ağlayır, bir qan götürmək nə qədər çəkər?” soruşur. Tibb bacısı "həkim nə deyibsə, protokola uyğun o prosedurları edirik” deyib.
Uşağın ağıamaqdan boğulmaq dərəcəsinə catdığını görən ana laboratoriyanın qapısı açılan kimi içəri daxil olur.
" İçəridə gördüklərimdən şok keçirdim. Körpəmin başı üzərində 5-6 nəfər dayanıb, bir nəfər isə onlara venaya damcı sistemini necə qoşmağı göstərir.
Artıq dözməyərək qışqırıb usagı onlardan aldım. Bu adamlar kimdi soruşanda, " praktikantlar” dedilər. Mənim övladım bəyəm onlar üçün təcrübə materialıdır? Nİyə valideyndən icazə almadan körpənin üzərində təcrübə keçirlər.
Uşağın venasından normal qan götürsələr dərd yarı. Uşağı qucağıma alanda ikinci şoku yaşadım. Uşağın qolları, çiyni, ayaqları dəlik-deşik, gömgöy idi.
Bu "tibb işçiləri” yarım saatdır bir damara düşə bilməyib, ağıllarına gələn hər yeri deşiblər.
Daha sonra reseptionda yoldaşıma deyiblər ki, bizim klinikada təcrübəçi olmur, onlar laboratoriyanın işçiləri idi. Bu da bir yalan. O qədər işçi bir körpənin damarına düşə bilmirdi”.
Ananın bildirdiyinə görə, daha öncə də uşaqdan başqa klinikada qan almışdılar, amma belə problem yaşanmamışdı. Uşaq o qədər qorxmuş və ağlamışdı ki, uzun müddət sakitləşmədi. Bədənindəki qançır və dəliklərin sağalması da bir xeyli çəkdi.
Pasiyentin sözlərinə görə, laboratoriyalarda körpələrdən analiz və qan götürülməsi üçün xüsusi hazırlıqlı,uşaqlar üzrə mütəxəssis olan tibb işçisi olmalıdır. Hər kimi oldu laboratoriyada qan almaq vəzifəsinə təyin edirlər. Körpə uşaqları isə anadan alıb, bağlı qapılar arasında bu hala salırlar.
Qeyd edək ki, bir çox klinikaların laboratoriyalarında venadan qan alma prosesi zamanı belə hallar yaşanır. Damara uzun müddət düşə bilməyən tibb işçisi xəstəyə əziyyət verir, gah qol, gah biləkdə damar axtararaq, pasiyentin qollarında çoxsaylı dəliklər və göyərmələr yaradır.
Dövlət tibb müəssisələrində laboratoriyada orta tibb təhsili olan işçilərin çalışdığını əminliklə desələr də, bizə gəlib çatan məlumatlara əsasən özəl klinikalarda köməkçi tibb personalı, laboratoriya işçiləri və s. xırda tibbi prosedurlarda çalışan gənc qızların əksəriyyəti tibbi savadı və diplomu olmadan işə qəbul olunur.