Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda yüzminlərlə insanı kimlər zəhərləyir? – Dövlət Agentliyi susur

  • 2019.03.07 12:03
  • 37057 Baxış
Bakıda yüzminlərlə insanı kimlər zəhərləyir? –  Dövlət Agentliyi susur

Xəbər verdiyimiz kimi, Bakıda marketlərdə Vyetnamdan idxal edilən və sağlamlıq üçün olduqca təhlükəli balıqlar satılır. Panqasius və ya basa balığı adlanan bu balıq növünün tərkibindəki kimyəvi maddələr, bakteriyalar, hormonlar və ağır metallar sağlamlıq üçün çox təhlükəlidir. 


Sözügedən balıq əsasən Vyetnamda yerləşən və dünyadakı ən çirkli çaylardan biri sayılan Mekonq çayında yetişdirilir. Bu çaya kimyəvi zavodların tullantıları, kanalizasiya suları və s. axıdılır. Sahibkarlar isə yetişdirdikləri balıqları süni, geni dəyişdirilmiş qidalarla qidalandırırlar. 


Panqasius balığı dünyanın bir çox kasıb ölkələrinə ixrac edilən çox ucuz balıq növüdür. İnsanlar onun sağlamlılq üçün təhlükəsindən bixəbər halda istifadə edirlər. 


Maraqlıdır ki, balığın dondurulması zamanı da Mekonq çayının suyundan istifadə edilir. Balıqların tez böyüməsi üçün Çindən gətirilən hormonlardan istifadə edilir. 


Araşdırmalar göstərir ki, bu balığın istifadəsi qaraciyər çatışmazlığına, qan xəstəliklərinə daxili orqanların iflasına gətirib çıxarır. 


Bəs bu balıqlar Azərbaycana necə və niyə gətirilir? Əhalini zəhərləyən kimlərdir?


Məsələ ilə bağlı qida üzrə ekspert Eyyub Hüseynov Medicina.az-a bildirib ki, həqiqətən də ölkəmizə Vyetnamdan balıq idxal edilməsi barədə onda məlumat var: "Məlumatımıza görə, bu balıqlar Vyetmanda ekoloji cəhətdən çirkli sularda yetişdirilən balıqlardır. Bu bərədə Vyetman təşkilatları ilə söhbətlər etmişik. Lakin onlar bildirirlər ki, biz balıqlara dair qida təhlükəsizlik sertifikatı veririk. Bu balıqlar yoxlanmadan keçərək, başqa ölkələrə ixrac edilir. Amma buna baxmayaraq, Vyetnamdan gələn bu balıqlar əhalidə haqlı şübhə doğurur”.

 

Картинки по запросу eyyub hüseynov


E.Hüseynov fikrincə Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə münasibət bildirməli, ya bu balıqların zəhərləri olmadığını açıqlamalı, ya da bu zəhərli balıqları ölkəyə gətirənləri cəzalandırmalıdır: "Bu cür balıqlar yoxlanılan zaman çox təəssüf ki, yalnız onun bakterioloji standartlara uyğun gəlib-gəlmədiyi yoxlanılır. Bundan əlavə, bəzi ağır metalları təyin edirlər. Amma bu yoxlama geniş şəkildə aparılmadığına görə, sözü gedən balıq məhsulunun sağlamlığa daha hansı zərərləri vura biləcəyi aşkarlanmayıb. Amma bu məsələ ciddiyə alınaraq daha ətraflı şəkildə araşdırılmalıdır.”


Medicina.az Qida Təhlükəsizliyi Agentliyinə mövzu ilə bağlı sorğu ünvanlasa və dəfələrə əlaqə yaratmağa çalışsa da, qurum Bakıda satılan zəhərli balıqlarla bağlı münasibət bildirməkdən boyun qaçırıb və səssisliyini qoruyub. 


Arzu

Medicina.az