Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda yeni “Dəniz Mall”un açılışı da təxirə düşdü - Koronavirusa görə

  • 2020.03.10 19:15
  • 3376 Baxış
Bakıda yeni “Dəniz Mall”un açılışı da təxirə düşdü   - Koronavirusa görə

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib.

Medicina.az xəbər verir ki, bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.