Bakıda tibbi müəssisəsindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Medicina.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dekabrın 22-də rayon ərazisindəki tibb müəssisələrinin birindən 14 ədəd kompyuter və 2 monitorun oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.