Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda xəstəxanada intihar hadisəsi

  • 2018.03.08 11:40
  • 19163 Baxış
Bakıda xəstəxanada intihar hadisəsi
Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən intihar hadisəsi baş verib.


Medicina.az report.az-a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Seyidov İbrahim Əbdüləziz oğlu Yasamal rayonu, Murtuza Muxtarov küçəsində bıçaqla ürək nahiyəsinə zərbə vuraraq intihara cəhd edib.


Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə korpusuna, əməliyyat olunduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Seyidov ayıldıqdan sonra xəstəxananın 4-cü mərtəbəsində pəncərəyə çıxaraq özünü oradan yerə atıb. Kişi hadisə yerində dünyasını dəyişib.