Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda vətəndaşın xəbəri olmadan İcbari tibbi sığortasından istifadə olunub?

  • 2022.05.26 14:42
  • 2394 Baxış
Bakıda vətəndaşın xəbəri olmadan İcbari tibbi sığortasından istifadə olunub?

Bakıda vətəndaşın icbari tibbi sığortasından özündən xəbərsiz istifadə olunub.

Bakupost.az xəbər verir ki, bu iddia ilə İsmayıl Əsgərov adlı şəxs sosial şəbəkədə yazıb.

Bildirib ki, xəstəxanaya müraciət etmədiyi halda büdcədən onun adından 78 manat pul xərclənib: “Guya 19 oktyabr 2021-ci il gecə saat 00:00-da Nərimanov Tibb Mərkəzində Şəhla Məmmədova adlı həkimə müraciət etmişəm. E-gov.az saytına baxan zaman təsadüfən gördüm. Həmin vaxt mənim adımdan büdcədən 78 manat pul xərclənib, yaxud mən ödəmişəm, onu dəqiq bilmirəm. Bildiyim odur ki, mən həmin xəstəxanaya 15 il öncə, tələbə vaxtımda getmişəm”.


Məsələ ilə bağlı Bakupost.az -ın sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavab verilib.

Bildirilib ki, iddialar həqiqəti əks etdirmir:

“Məlumat üçün bildirək ki, vətəndaşın elektron kabinetində Son ödənilmiş İTS haqqı xanasında qeyd edilmiş 78 AZN məlumat vətəndaşın və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi xidmətə görə ödədiyi məbləği əks etdirmir. Həmin məbləğ vətəndaşın əməkhaqqından və ya gəlirlərindən 2021-ci ilin sentyabr ayı üzrə tutulan icbari tibbi sığorta haqqını əks etdirir.

Qeyd edək ki, “Son istifadə edilmiş İTS haqqı” xanasında əks olunan informasiya düyməsini sıxmaqla işəgötürən və işçi tərəfindən hər ay üzrə ödənilmiş icbari tibbi sığorta haqqının məbləği ilə tanış olmaq mümkündür. Məlumatlar ildə 4 dəfə (hər rüb bitdikdən 1 ay sonra) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilir.

Vətəndaşın tibbi xidmətlərlə bağlı müraciəti tibb müəssisəsi tərəfindən qeydiyyata alınır”.

Fəridə
Baku Post