Bakıda vaflinin içindən rezin əlcək çıxdı – FOTO - VİDEO
Bakıda vaflinin içindən rezin əlcək çıxdı – FOTO - VİDEO
2019.03.15 11:05
9047 Baxış
Azərbaycanda istehlakçının aldığı vaflidən rezin əlcək çıxdı.
Medicina.az-ın xəbərinə görə, News24.az-a şikayət edən istehlakçı bildirib ki, "Fresco” marketindən alınan "Avrora” şirkətinə məxsus aldığı vaflidən gözləmədiyi halda rezin əlcək çıxıb: "Vaflini eksperteziya apardım. Həqiqətən də vaflinin içərisindən əlcəyin çıxdığı təsdiqləndi. Hətta şirkətin nümayəndələri də bunun şahidi oldu.
Ekspertizadan sonra şirkət məsələni bağlamaq üçün xanım nümayəndəsini bir qutu vafli hədiyyələrlə evimizə göndərdi. Amma mən razılaşmadım”. İstehlakçının şikayətinə əsasən "Avrora” şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi sualımızı eşidən kimi məsələ ilə bağlı hər hansı açıqlama verməyəcəklərini bildirdi: "Şirkət tərəfindən sizinlə əlaqə saxlanılacaq. Amma indi bu barədə heç bir açıqlama verməyəcəyik”.