Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda V Beynəlxalq Tibb Konqresi keçirilir - FOTOLAR

  • 2018.11.02 17:34
  • 18414 Baxış
Bakıda V Beynəlxalq Tibb Konqresi keçirilir -  FOTOLAR
Azərbaycan Tibb Universitetində (ATU) V Beynəlxalq Tibb Konqresi öz işinə başlayıb. İki gün davam edəcək toplantıda 160 elmi işə baxılacaq.


Medicina.az xəbər verir ki, konqresi giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında təbabətin müxtəlif bölmələri üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli toplantıların təşkil olunduğunu bildirib.


Türk Endoskopik-Laporaskopik cərrahiyyə dərnəyinin (ELCD) rəhbəri, professor dr. Cavit Avcı çıxışında Azərbaycanla Türkiyə arasında bütün sahələrdə sıx əlaqələrin mövcudluğundan danışıb.


Qeyd edək ki, hər il olduğu kimi bu il də konqres çərçivəsində Türkiyə Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Dərnəyinin təşkilati dəstəyilə kolorektal cərrahiyyə kursu keçirilib. Bundan əvvəl də ATU-da Türkiyə Dövlət İstanbul Universiteti Tibb fakültəsi ilə bir neçə onlayn müştərək konfranslar və kurslar təşkil edilib.


V Beynəlxalq Tibb Konqresi işini sabah yekunlaşdıracaq.

 

 

Bakıda V Beynəlxalq Tibb Konqresi keçirilir -  FOTOLAR
Bakıda V Beynəlxalq Tibb Konqresi keçirilir -  FOTOLAR