Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda V Beynəlxalq bariatrik-metobolik konqres işə başladı – 9 dövlət, 27 əcnəbi, 28 yerli professorun iştirakı ilə

  • 2019.05.18 14:38
  • 4179 Baxış
Bakıda V Beynəlxalq bariatrik-metobolik konqres işə başladı –  9 dövlət, 27 əcnəbi, 28 yerli professorun iştirakı ilə
Bu gün Bakı Konqres mərkəzində V Beynəlxalq bariatrik-metobolik cərrahiyyə konqresi öz işinə başlayıb.

9 dövlətdən 27 xarici və 28 yerli beynəlxalq statuslu çıxış etdiyi  bu konqresdə Bariatrik-metabolik cərrahiyyə ilə yanaşı olaraq reanimasiya-anesteziologiya, endokrinologiya, dietologiya, uşaqlarda piylənmə, psixologiya kardiologiya, hepatologiya və postbariatrik estetik cərrahiyyənin incə məqamlarına toxunulacaq.

Səhiyyə nazirliyi tərəfindən 16 DTB (CME) ilə qiymətləndirilən konqresə cərrahlar, reanimatoloqlar, endokrinoloqlar, dietoloqlar, qastroenteroloqlar, kardioloqlar, pediatrlar, plastik cərrahlar və psixiatrlar qatılıb. 

Konqresin əsas təşkilatçılarından biri, tanınmış bariatrik cərrah, Azərbaycan Bariatrik –metobolik cərrahlar Assoisiyasının rəhbəri Taryel Ömərov medicina.az-a bildirdi ki, konqresdə Cərrahpaşa tibb fakultəsindən dəvət olunmuş, TOSS prezidenti Mustafa Taşkın da məruzə ilə çıxış edəcək.  Ümumilikdə Bariatrik-Metabolik cərrahiyyə 4 panel və 27 çıxışla təmsil olunur.

Tədbirin beynəlxalq statusu  İFSO- International Federation for the Surgery of Obesity and Metabolic Disorders- tərəfindən rəsmi təsdiq olunub.