Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə martın 16-17-də uzunömürlülük üzrə beynəlxalq konqres və sərgi keçiriləcək.
"Medicina" xəbər verir ki, konqres müasir dünyada insanların həyat keyfiyyətini yaxşılaşdıraraq daha uzun ömür və xoşbəxt yaşamağı özündə ehtiva edir.
Baku Marriott Hotel Boulevard-da baş tutacaq tədbirdə ginekologiya, nutrisiologiya, endokrinologiya, kosmetologiya sahələri üzrə dünyanın tanınmış spikerləri innovativ metodlarla çıxış edəcəklər.
Konqresdə çıxış edənlər sırasında endokrinoloq Tyeri Ertoq, detoks proqramları üçün dünya mükafatlarını qazanan Aleks Vitasek, yaşlanma prosesini dayandırmaq üçün dünyada ilk dəfə öz genomunu dəyişdirən Elizabet Periş, inteqrativ fərdiləşdirilmiş təbabətin ideoloqlarından olan Kris Mor, "Uzunömürlülüyün Yol Xəritəsi" bestsellerinin müəllifi və Avropa Uzunömürlülük Universitetinin qurucusu Yuliya Yusipova da yer alacaqlar. Yaşlanma əleyhinə təbabətdə bioidentik qranullar, kök hüceyrə terapiyası, gen terapiyası və sş mövzular da konqresin gündəliyinə salınıb.