İyunun 8-də Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Bünyadzadə küçəsində yaşayan 1955-ci il təvəllüdlü Vahid Həsənovun qohumları onu venaları kəsilmiş vəziyyətdə tapıblar. Kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və orada iki saat sonra qanaxmadan ölüb.
V.Həsənov bronxial astmanın ağır formasından əziyyət çəkib və yataq xəstəsi olub.