Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda üzərinə dolab aşan 10 yaşlı qız öldü

  • 2020.10.04 14:08
  • 4660 Baxış
Bakıda üzərinə dolab aşan 10 yaşlı qız öldü


Bakıda 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb.

Belə ki, yaşadıqları evdə nəzarətdən yayınan 2010-cu il təvəllüdlü Əsgərova Gülnaz Eldəniz qızının üzərinə dolab aşıb.

Dərhal xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.