Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda USM müayinəsi 50, regionda isə 5 AZN - Klinikalar pasiyentləri aldadır?/ ARAŞDIRMA

  • 2017.11.08 12:49
  • 29941 Baxış
Bakıda USM müayinəsi 50, regionda isə 5 AZN -  Klinikalar pasiyentləri aldadır?/ ARAŞDIRMA
Paytaxtdakı xəstəxanalarla regionlardakı xəstəxanalarda xidmətlərin ödənişlərində ciddi fərq müşahidə olunur. 


Medicina.az xəbər verir ki, bu barədə regiondan Bakıya müayinə olunmaq üçün gələn pasiyentlərdən biri məlumat verib. O bildirib ki, regionlarda 5 manata olan hər hansı xidmət, paytaxtda 15 manatadır. 


Kəskin fərq müşahidə olunan xidmətlərdən biri isə USM müayinəsidir. 


Medicina.az-ın əməkdaşı qiymət fərqi ilə bağlı səsləndirilən fikirlərin nə dərəcə doğru olub-olmadığını araşdırmaq üçün bəzi dövlət və özəl xəstəxanalara zəng edərək qarın boşluğu USM müayinəsinin qiymətləri ilə maraqlanıb. 


Məlum olub ki, seçim bol, qiymətlər isə fərqlidir:


Azər Türk Med Hospital – 70 AZN


Grand Hospital – 40 AZN


Medera Hospital – 50 AZN


Modern Hospital  - Qadınlar üçün 60, kişilər üçün isə 50 AZN


Qəbələdə müxtəlif özəl və dövlət xəstəxanalarında qiymət  5-25 AZN arasında dəyişir.


Yevlax şəhər Mərkəzi Xəstəxanası - Pulsuzdur


Yeni Gəncə Tibb Mərkəzi – Qadınlarda 30, kişilərdə 35 AZN


Bəs qiymətlər nəyə görə dəyişir?


Saytımız bununla bağlı da sorğu keçirib. Məlum olub ki, qiymətlərin fərqlənməsinə səbəb xəstəxanaların USM aparatları ilə bağlıdır. Xəstəxanalardan qiymətin niyə yüksək olduğunu soruşduqda cavab belə olur: "Qurğumuz son modeldir, yüksək keyfiyyətə malikdir və bu aparatdan sadəcə bizim xəstəxanada var”.


Həqiqətənmi qiymətlər keyfiyyətə görə bahadır?


Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən millət vəkili, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qiymət fərqinin səbəbini yalnız bazar iqtisadiyyatı ilə əlaqələndirib. 


"Hər yerdə bu səbəbdən qiymətlər müxtəlifdir. Bu kimi qiymətlər tənzimlənmir. Hər klinikanın özünün gəlirləri, xərci, şəxsi siyasəti, icarə pulu və s. var. Lakin pasiyent aldadılmamalıdır. Xəstə də hüquqlarını bilməlidir. 


Düzdür göstərilən xidmətdə də fərq var. Bəzən elə markalar var ki, onlar həqiqətən bahadır. Ancaq bu o demək deyil ki, bir yerdə qiymət bahadırsa, orada 100 faiz yüksək keyfiyyət var”, -  deyə M.Quliyev bildirib.

 

Şəhanə Quliyeva