Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda Uşaq Yaradıcılıq Mərkəzində PARTLAYIŞ - Yaralı var

  • 2019.12.16 11:28
  • 2355 Baxış
Bakıda Uşaq Yaradıcılıq Mərkəzində PARTLAYIŞ -  Yaralı var
Lökbatanda Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, partlayışın baş verməsi barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib:

"Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Qadın sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib".