Bakıda 6 yaşlı qız uşağının qarnına divanın üstündə uzanarkən tikiş iynəsi batıb.
Qarının ön divarına keçib, qanama verən zədə ilə uşaq xəstəxanaya çatdırılıb.
"Medicina" xəbər verir ki, Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov uşağı əməliyyat edib və vəziyyəti barədə məlumat verib.
"Rentgen və KT çəkildi, iynənin qarın boşluğuna girdiyini gördük. Yad cisim (tikiş iynəsi) qarın boşluğuna girərək qaraciyəri zədələmişdi. Laparoskopik yolla yad cisim xaric edildi. Xəstənin vəziyyəti yaxşıdır"
Aygün Musayeva