Bakıda üçəm dünyaya gəlib.
Medicina.az xəbər verir ki, bu barədə news24.az xəbər yayıb. Vəliyevlər ailəsində dünyaya göz açan uşaqların üçü də qızdır. Valideynləri onlara Mehriban, Leyla və Arzu adlarını verib.
Yenicə dünyaya göz açan qızcığazların anası Xanım Vəliyevanın sözlərinə görə, onların evləri yoxdur, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almırlar.