Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda tibb müəssisəsindən oğurluq edildi

  • 2023.06.26 13:45
  • 1413 Baxış
Bakıda tibb müəssisəsindən   oğurluq edildi

Bakıda tibb müəssisəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Medicina.az bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.


Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.