Bakıda Tibb Mərkəzində intihar hadisəsi baş verib.
Medicina.az əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda yerləşən Xəzər Tibb Mərkəzində qeydə alınıb.
Orada müalicə alan, 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.