Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb.
Bakupost-un məlumatına görə, paytaxtın Nəsimi rayonu, Moksva prospekti ev 62, mənzil 19-da qeydə alınıb.
Həmin ünvanda yaşayan, M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik hüquqi şəxsdə tibb bacısı işləyən,1957-ci il təvəllüdlü Şəhla Həsənova dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.