Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda tələbələr kolbasadan zəhərləndi

  • 2022.06.24 17:56
  • 6165 Baxış
Bakıda tələbələr kolbasadan zəhərləndi

Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.

Təhsil Mərkəzinin 2 tələbəsi-17 yaşlı İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.

İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərlənməsi üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.