Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda tələbələr dönərdən zəhərləndi - Səhiyyə Nazirliyi

  • 2019.03.13 21:15
  • 7416 Baxış
Bakıda tələbələr dönərdən zəhərləndi -  Səhiyyə Nazirliyi
Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə  gətirilib.


 

Medicina.az xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.


Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Digər 5 nəfər Toksikologiya mərkəzindədir. Onların həyatı üçün təhlükə yoxdur.