Bakıda 20 yaşlı tələbə cərrahi əməliyyat zamanı ölüb.
Medicina.az report-a istinadən xəbər verir ki, paytaxtda yerləşən özəl klinikalardan birində 1997-ci il təvəllüdlü Biləsuvar rayon İsmətli kənd sakini Mirzəli Xankişi Nizami oğlu ürək əməliyyatı zamanı dünyasını dəyişib.
Qeyd edək ki, Mirzəli Xankişi Azərbaycan Pedaqoji Universitetinin Quba filialının Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3-cü kurs tələbəsi olub.