Bakıda təcili yardım sürücüsü blokdan oğurluq etdi - VİDEO

  • 2021.12.02 15:38
  • 2321 Baxış
Bakıda təcili yardım sürücüsü blokdan oğurluq etdi -  VİDEO
Bakıda təcili yardımın sürücüsü oğurluq edib.

Medicina.az xəbər verir ki. hadisə noyabrın 28-i səhər saat 5 radələrində paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində qeydə alınıb.

Hadisə ilə bağlı kadrlar sakinlər tərəfindən sosial şəbəkədə yayımlanıb. Vətəndaşların iddialarına görə, həmin binaya çağırışa gələn təcili tibbi yardım maşınının sürücüsü birinci mərtəbənin blokunda saxlanılan uşaq arabasının bəzi hissələrini oğurlayıb.