Dünən Bakıda təcili yardım maşınının sürücüsünün zibil qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb.
Medicina.az xəbər verir ki, həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.
Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür.
Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.(bakutv.az)
Həmin videonu təqdim edirik: