Dünəndən etibarən bir çox xəstələr və koronavirus simptomları olan insanlar medicina.az onlayn sual bölməsinə gecə yarıya kimi yazaraq, təcili yardımın test üçün gəlmədiyini və hətta gəlsə də yaxma testi götürmədiyini bildirib.
Onlar sadəcə simptomlara görə ağır olanları xəstəxanaya götürmək barədə göstəriş aldıqlarını bildirib.
Medicina.az xəbər verir ki, testlərin ayrılmış karantin poliklinikalarında veriləcəyini bildiriblər.
Bu gün bir neçə insan əraziləri üzrə ayrılmış həmin polilinikaya gedərək, test barədə maraqlandıqda, onlara hələ aparat və laboratoriya quraşdırılmadığın, test götürmədiklərini bildirib geri qaytarıblar.
Xəstələr bəs nə edək soruşduqda isə “öz poliklnikanıza gedin” deyərək, konkret cavab verilməyib.
Qeyd edək ki, biz şəxsən təcili yardıma zəng edərək, testdən keçmək istədiyimizi bildirdikdə, test etmirik cavabını aldıq.
Görünür, TƏBİB təcili yardımın çağırışlara gedib test götürmək kimi funksiyasını azaldır, lakin bu barədə hələ dəqiq rəsmi məlumat və mexanizm yoxdur.