Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Medicina.az-ın "Report"a istinadən məlumatına görə, yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən, "Niva" markalı minik avtomobili tərəfindən vurulub.
Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
Vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.
E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.
Faktla bağlı araşdırma aparılır.