Döş qəfəsinə iynə batan 2 yaşlı qız Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilb.
"Medicina" xəbər verir ki, rentgen müayinəsində sağ tərəfdə diafraqma üzərində köndələn yerləşən iynə müəyyən edilib.
Uuşağa sağ plevral boşluğun yad cisimi (iynə) diaqnozu qoyulub.
Körpəyə uşaq cərrahı Sabir Novruzov tərəfindən cərrah Dünya Əzizovanın assisentliyi ilə sağ tərəfli torakotomiya, yad cismin xaric edilməsi əməliyyatı icra olunub.
Əməliyyatdan sonra vəziyyəti yaxşılaşan İlahə evə yola salınıb.
Aygün