Qarabaşaq (qreçka) sovet dövründən MDB dövlətləri xalqlarının ən çox tükətdiyi faydalı yarmadır. Halbuki onu Qərb ölkələri və Türkiyə, İranda heç yemirlər.
Dünyada qarabaşaq istehsal edən 2 böyük ölkə var: Rusiya və Çin.
Qarabaşağın vətəni isə Hindistandır, düzdür, Çin Rusiyadan da öncə bu bitkini becərib, amma indi ən faydalı olmasına görə rus qreçkası liderdir.
Medicina.az xəbər verir ki, 2 ildir Rusiyada qarabaşaq məhsuldarlığı azalıb və Rusiya öz əhalisini belə bu ərzaqla təmin etmək üçün Çİndən qarabaşaq idxad edir. Rusiya istehsalı qreçkanın isə qiyməti son 5 ildə ən yüksək həddinə çatıb.
Hazırda da Rusiya qablaşdırması altında içində Çİn qarabaşağı olan məhsullar satılır. Saysız –hesabsız şirkətlər var ki, əldə etdiyi qarabaşağın hansı ölkədə becərildiyini göstərmədən öz markaları altında sadəcə qablaşdırıb satır. Bu məhsullar təbii ki, Azərbaycana da gəlir. Çin qarabaşağından niyə çəkinək? Nə fərqi?
Məsələ bundadır ki, Çin torpaqları, havaları ən zərərli havadır və Çİn məhsula həddən artıq çox maddə, pestisid vurur.
Çin qarabaşağının fərqi:
- İçində faydalı maddələr azdır, ona görə bu qreçka orqanizmə lazımlı heç nə vermir. Nəm qarabaşaq Çindən gətirilib, Rusiyada yenidən termiki işlənir. Beləliklə, qarabaşaq 2 dəfə 130 dərəcədən yuxarı isidilir.
- Pestisid çoxluğu. Çin məhsulun tez yetişib, çox olması üçün çalışan ən etinasız ölkədir. Çin qarabaşağının tərkibində zərərli pirimifos- metil aşkarlanıb.
- Kif var – qarabaşaq dənli məhsul olduğu üçün, nəm və rütubət şəraitində kif göbələyi yayılır. Çindən uzun müddət yol gəldiyinə görə, anbarda məhsulun kiflənməsi qaçılmazdır.
Necə fərqləndirməli?
Heç bir qutuda qarabaşağın Çində yetişdiyini oxumayacağınıza görə, çıxış yolu qarabaşağın özünü diqqətlə yoxlamaqdır.
1.Forması- rus qreçkası xırda, kənarları nahamar, xarici görünüşü bir qədər zəif olur. Çin qreçkası isə yumru, hamar və kənarları düzgün olur
2.Rəngi – Rusiya qreçkadının rəngi bir qədər açır, Çin qreçkasının isə tünd, qaralmış olur.
3.Qiymət- Hətta rus markası olsa da qiyməti ucuzdursa, deməli Çin malıdır. Əgər marketdə 2-3 marka arasında bir qədər bahalısı varsa, onu seçin