1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.
Medicina.az Report-a istinadən xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.
Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, o, uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.
Martın 7-də Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı dünyasını dəyişib.
Hər iki şəxsin ölüm səbəbləri araşdırılır.